Ekvadorda daha bir siyasətçi güllələnib

Ekvadorda daha bir siyasətçi güllələnib Ekvadorun Esmeraldas əyalətində “Vətəndaş İnqilabı” siyasi hərəkatının lideri Pedro Briones evinin yaxınlığında naməlum şəxslər tərəfindən öldürülüb.
Digər ölkələr
15 avqust 2023 02:01
Ekvadorda daha bir siyasətçi güllələnib

Ekvadorun Esmeraldas əyalətində “Vətəndaş İnqilabı” siyasi hərəkatının lideri Pedro Briones evinin yaxınlığında naməlum şəxslər tərəfindən öldürülüb.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə prezidentliyə namizəd Luis Qonzales bildirib.

L.Qonzalesin sözlərinə görə, hazırda Ekvador “ən qanlı dövr”ünü yaşayır, buna səbəb bacarıqsız hökumət və mafiyanın güclənməsidir.

Bundan əvvəl avqustun 9-da Ekvador prezidentliyinə namizəd Fernando Vilyavisensio paytaxt Kitoda keçirilən seçki mitinqindən sonra təhsil müəssisəsindən çıxarkən güllələnib.

Qeyd edək ki, avqustun 20-də Ekvadorda növbədənkənar prezident və parlament seçkiləri keçiriləcək.

Son xəbərlər

Orphus sistemi