Yuxarı

Ekvadorda baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 600 nəfəri ötüb

Yeraltı təkanlar nəticəsində 7 min ev dağılıb

Bakı. 23 aprel. REPORT.AZ/Ekvadorda aprelin 16-da baş vermiş güclü zəlzələ nəticəsində ölənlərin sayı 602 nəfərə çatıb. "Report"un məlumatına görə, bununla bağlı "Reyter" agentliyi xəbər yayıb.

Zəlzələ nəticəsində ümumilikdə 12 min nəfərin zərər çəkdiyi bildirilir. 

Məlumata görə, yeraltı təkanlar nəticəsində 7 min ev dağılıb. 26 mindən çox insan müvəqqəti sığınacaqlara yerləşdirilib.                              

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi