Ekvador XİN Assanjla bağlı yayılan məlumata münasibət bildirib - YENİLƏNİB

Ekvador XİN Assanjla bağlı yayılan məlumata münasibət bildirib - YENİLƏNİB Ekvador Respublikasının Xarici İşlər Nazirliyi WikiLeaks saytının təsisçisi Culian Assanjın bu ölkənin Londondakı səfirliyindən çıxarılacağı barədə yayılan məlumatlara münasibət bildirib.
Digər ölkələr
5 Aprel , 2019 06:24
Ekvador XİN Assanjla bağlı yayılan məlumata münasibət bildirib - YENİLƏNİB

Ekvador Respublikasının Xarici İşlər Nazirliyi "WikiLeaks" saytının təsisçisi Culian Assanjın bu ölkənin Londondakı səfirliyindən çıxarılacağı barədə yayılan məlumatlara münasibət bildirib.

"Report" xəbər verir ki, "El Comercio" nəşrinə açıqlama verən XİN yayılan məlumatları şaiyə adandırıb: "Ekvador şayiələr, fərziyyələr və ya mülahizələr, təsdiqi olmayan sənədlərə cavab vermir".


***04:50

"WikiLeaks" saytı Ekvadorun Londondakı səfirliyində sığınan saytın təsisçisi Culian Assanjın yaxın saatlarda və ya günlərdə səfirlikdən çıxarılacağı barədə məlumat yayıb.

"Report" RİA Novosti-yə istinadən xəbər verir ki, "WikiLeaks"in yaradıcısının 2012-ci ildən gizləndiyi səfirlikdən çıxarılması üçün bəhanə Ekvador prezidenti Lenin Moreno barədə yayılan korrupsiya qalmaqalı göstəriləcək.

Bildirilir ki, guya Ekvador hakimiyyəti Böyük Britaniya tərəfi ilə Assanjın həbsi barədə razılığa gəliblər.

Son xəbərlər

Orphus sistemi