Ekvador hökuməti zəlzələdən sonra zənginlər üçün xüsusi vergi tətbiq edəcək

Ekvador hökuməti zəlzələdən sonra zənginlər üçün xüsusi vergi tətbiq edəcək Prezident Rafael Korrea ölkənin bərpası üçün bir sıra xüsusi tədbirlərin tətbiq ediləcəyini açıqlayıb
Digər ölkələr
21 Aprel , 2016 09:09
Ekvador hökuməti zəlzələdən sonra zənginlər üçün xüsusi vergi tətbiq edəcək

Bakı. 21 aprel. REPORT.AZ/ Ekvador prezidenti Rafael Korrea azı 570 nəfərin həlak olduğu dağıdıcı zəlzələdən sonra ölkənin bərpası üçün bir sıra xüsusi tədbirlərin tətbiq ediləcəyini açıqlayıb.

"Report" BBC-yə istinadən xəbər verir ki, prezident tərəfindən təklif edilən tədbirlər sırasında vergi dərəcəsinin artırılması da var. Belə ki, bir il ərzində satışdan gələn gəlirin vergiyə cəlb olunan hissəsinin 12%-dən 14%-dək artırılması nəzərdə tutulub.

Bundan əlavə, 1 milyon dollardan çox kapitalı olan ölkə vətəndaşları öz var-dövlətinin 0,9%-ni dövlətə ödəməli olacaq. Aylıq gəliri 1000 dollar olanlar dövlət xəzinəsinə orta hesabla bir günlük, 2000 dollar qazananlar iki günlük (beləcə proporsionallıq saxlamaqla arta-arta) gəlirləri məbləğində pul ödəyəcək.

İlkin hesablamalara görə, təbii fəlakətin Ekvadora vurduğu ziyan təxminən 3 milyard dollar təşkil edə bilər.

Son xəbərlər

Orphus sistemi