Ekspertlər COVID-19 səbəbi ilə pasportların “gücünün” azaldığını açıqlayıb

Ekspertlər COVID-19 səbəbi ilə pasportların “gücünün” azaldığını açıqlayıb “Henley & Partners” şirkəti “Pasportlar indeksi”ni yeniləyib
Digər ölkələr
7 İyul , 2020 17:33
Ekspertlər COVID-19 səbəbi ilə pasportların “gücünün” azaldığını açıqlayıb

İyulun 7-də “Henley & Partners” şirkəti bu ilin ikinci rübünün nəticələrinə görə, 200 ölkənin viza qaydalarını təhlil edən və onları vizasız gedişin sayına görə sıralayan “Pasportlar indeksi”ni yeniləyib.

“Report” yeni hesabata istinadən xəbər verir ki, koronavirus pandemiyası səbəbindən ölkələr arasında sərhədlərin bağlanması faktı reytinq rəqəmlərinə təsir etməyib, çünki mövcud məhdudiyyətlər ölkələr arasında vizasız hərəkət haqqında rəsmi razılaşmalarla əlaqəli deyil.

“Ancaq təcrübədə koronavirus insanların hərəkətinə və bu reytinqə görə nüfuzlu sayılan və maneəsiz səyahət üçün fürsət təqdim edən bir sıra pasportların dəyərinə təsir edib”, - hesabatda deyilir.

Məsələn, ABŞ pasportu 185 ölkəyə vizasız səyahət üçün rəsmi imkan təqdim etməklə reytinqdə 7-ci yeri tutur. Lakin 1 iyul 2020-ci il tarixinə olan duruma görə və Avropa İttifaqının (Aİ) ABŞ vətəndaşlarının girişinə qadağa qoyması səbəbindən ABŞ pasportu 27 ölkəni itirir (müvəqqəti olsa da) və 26-cı sıraya düşür.

Pasportların reytinqi 2020-ci ilin birinci və ikinci rübünün göstəriciləri ilə müqayisədə dəyişməyib. Yaponiya dünyanın 191 ölkəsinə vizasız gediş imkanı ilə reytinqdə liderliyini davam etdirir. 1 iyul 2020-ci il tarixindən etibarən Yaponiya vətəndaşlarının Aİ-yə daxil ola bilməsinin mümkünküyü səbəbi ilə bu, reallığı da əsk etdirir. İlk onluqda yenə də Aİ ölkələri, Böyük Britaniya, Sinqapur, ABŞ, Avstraliya, Kanada və s. yer alıb.

Azərbaycan “Pasportlar İndeksi”ndə tutduğu 76-cı yeri qoruyub, respublika vətəndaşları isə dünyanın 67 ölkəsinə vizasız səfər edə bilər.

Əfqanıstan, İraq və Suriya indeksin ən aşağı sıralarında yer alıblar.

Son xəbərlər

Orphus sistemi