Ekspert: "Pekində epidemioloji vəziyyət nəzarət altındadır"

Ekspert: "Pekində epidemioloji vəziyyət nəzarət altındadır" Pekin bazarlarının birində COVID-19-un bu günlərdə ikinci dəfə yayılmağa başlamasından sonra epidemioloji vəziyyət artıq nəzarət altındadır.
Digər ölkələr
18 İyun , 2020 16:39
Ekspert: Pekində epidemioloji vəziyyət nəzarət altındadır

Pekin bazarlarının birində COVID-19-un bu günlərdə ikinci dəfə yayılmağa başlamasından sonra epidemioloji vəziyyət artıq nəzarət altındadır.

“Report” xəbər verir ki, bu barədə Çinin Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinin (CDC) baş epidemioloqu Vu Zunyou mətbuat konfransında bildirib.

Son günlər mütəmadi olaraq açıqlanan məlumatlardan yeni epidemiya əlamətlərinin görülmədiyini qeyd edən ekspert hazırda Pekindəki vəziyyəti yanvar – fevral aylarındakına bənzədərək yeni yoluxma hallarının üzə çıxacağını, lakin sayca get-gedə azalcağını diqqətə çatdırıb.

Son xəbərlər

Orphus sistemi