Əhməd Qəddafi ad-Dam: "NATO Liviyanı dağıtmaq üçün gəlmişdi"

Əhməd Qəddafi ad-Dam: "NATO Liviyanı dağıtmaq üçün gəlmişdi" O, Liviyadakı indiki hakimiyyəti "Qərbin marionetkası" adlandırıb
Digər ölkələr
17 Fevral , 2016 20:47
Əhməd Qəddafi ad-Dam: NATO Liviyanı dağıtmaq üçün gəlmişdi

Bakı. 17 fevral. REPORT.AZ/ Liviya əvvəllər dünyanın nüfuzlu dövlətindən idi, indi isə vassal ökəyə çevrilib. Onun taleyini başqaları müəyyənləşdirir.

"Report" xəbər verir ki, bunu Liviyanın keçmiş prezidenti Müəmmar Qəddafinin əmisi oğlu, keçmiş general Əhməd Qəddafi ad-Dam Rusiyanın "Russia today" telekanalına müsahibəsində deyib.

Keçmiş generalın sözlərinə görə, NATO Liviyaya onu darmadağın etmək üçün gəlibmiş: "Liviya cinayətkar ünsürlərin, oğurluq və qarətin, dünya mafiyasının mərkəzinə çevrilib".

O, Liviyadakı indiki hakimiyyəti "Qərbin marionetkası" adlandırıb.

Son xəbərlər

Orphus sistemi