Əhməd Davutoğlu: "Türkiyə Rusiya hərbi təyyarəsini vurduğu üçün üzr istəməyəcək"

Əhməd Davutoğlu: "Türkiyə Rusiya hərbi təyyarəsini vurduğu üçün üzr istəməyəcək" "Rusiyanın Türkiyəyə qarşı tətbiq etdiyi sanksiyalardan hər iki dövlət zərər görəcək"
Digər ölkələr
31 Dekabr , 2015 01:38
Əhməd Davutoğlu: Türkiyə Rusiya hərbi təyyarəsini vurduğu üçün üzr istəməyəcək

Bakı. 31 dekabr. REPORT.AZ/ "Rəsmi Ankara Türkiyə sərhədini pozduğu üçün vurulan Rusiya hərbi təyyarəsi üçün heç kimdən üzr istəməyəcək". "Report" xəbər verir ki, bunu Baş nazir Əhməd Davutoğlu NTV telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, hər bir hökümət başçısının əsas vəzifələrindən biri - dövlət sərhədlərinin toxunulmazlığını təmin etməkdir.

"Biz, hələ 2012-ci ilin iyun ayında sərhədlərin müdafiəsi ilə bağlı lazımı qərarları qəbul etdik. Bu qərara əsaslanan Hərbi Hava Qüvvələri Komandanlığı da müvafiq əmr verib. Əyər pilotlar əmrə itaət etməsəydi cinayət törədərdi", - deyə Davutoğlu vurğulayıb.

O, qeyd edib ki, Rusiyanın Türkiyəyə qarşı tətbiq etdiyi sanksiyalardan hər iki dövlət zərər görəcək.

Son xəbərlər

Orphus sistemi