Əhməd Davutoğlu Suleyman şahın türbəsinin evakuasiyası xəbərini təsdiqləyib

Əhməd Davutoğlu Suleyman şahın türbəsinin evakuasiyası xəbərini təsdiqləyib Suriyada Süleyman şahın türbəsi yerləşdiyi ərazi türk anklavı sayılır
Digər ölkələr
22 Fevral , 2015 18:39
Əhməd Davutoğlu Suleyman şahın türbəsinin evakuasiyası xəbərini təsdiqləyib

Bakı. 22 Fevral. REPORT.AZ/ Türkiyə ordusu Osmanlı imperiyasının əfsanəvi banisi Süleyman şahın cənazəsini və şah məqbərəsini qoruyan 38 türk əsgərini Suriya ərazisində daha təhlükəsiz yerə köçürüb.

"Report" BBC-yə istinadla xəbər verir ki, Baş nazir Əhməd Davutoğlu türk qoşunlarının zirehli texnikanın dəstəyilə Suleyman şahın türbəsini və türbəni mühafizə edən kiçik qarnizonun evakuasiya olunduğunu təsdiqləyib.

Suriyada Süleyman şahın türbəsi yerləşdiyi ərazi türk anklavı sayılır.

İki ölkə arasında 1921-ci ildə imzalanmış sazişə əsasən, Fərat çayının sahilində yerləşən Osmanlı imperiyası banisinin məqbərisinin ərazisi Türkiyə ərazisinə aid olunur.

Həmin sazişə görə, məqbərənin yerləşdiyi ərazi türkiyə anklavı statusuna malikdir və 38 əsgərlik kiçik türk qarnizonu tərəfindən mühafizə olunur.

Tərkibində 39 tank olan türk hərbi texnika karvanı Kobani şəhərindən keçərək məqbərəyə doğru hərəkəkət edib.

Kobani şəhəri Fərat çayı sahilində yerləşən Suleyman şah məqbərəsindən təxminən 35 km məsafədə yerləşir.

Son xəbərlər

Orphus sistemi