​Əhməd Davudoğlu: "NATO Əfqanıstan təhlükəsizlik qüvvələrinə 60 milyon dollar ayıracaq"

​Əhməd Davudoğlu: "NATO Əfqanıstan təhlükəsizlik qüvvələrinə 60 milyon dollar ayıracaq" Türkiyənin baş naziri Əhməd Davudoğlu ABŞ-ın dövlət katibi Con Kerrini qəbul edib
Digər ölkələr
13 May , 2015 14:17
​Əhməd Davudoğlu: NATO Əfqanıstan təhlükəsizlik qüvvələrinə 60 milyon dollar ayıracaq

Bakı. 13 may. REPORT.AZ/ "2016-cı ildən sonra beynəlxalq koalisiya güclərinin bölgədə qalması şərti ilə NATO 2015-2017-ci illərdə təhlükəsizlik qüvvələrinin maliyyələşdirilməsi məqsədi ilə Əfqanıstana 60 milyon dollar məbləğində maliyyə vəsaiti ayıracaq".

"Report" Tükiyə KİV-inə istinadən xəbər verir ki, bunu Türkiyənin baş naziri Əhməd Davudoğlu NATO-nun Antalyada keçirilən toplantısının açılışındakı çıxışında bildirib.

O, Əfqanıstanda qüvvələrin birləşdirilməsi, gərəkli islahatların aparılması yönündə yerli hakimiyyətlə birgə fəaliyyətin davam etdirilməsinin vacib olduğunu vurğulayıb: "Son 13 ildə Əfqanıstanda əldə edilən uğurlar çox kövrəkdir. Ona görə 2016-cı ildən sonra da beynəlxalq qüvvələr bölgədə qalmalıdır".

Qeyd edək ki, Türkiyənin baş naziri Əhməd Davudoğlu ABŞ-ın dövlət katibi Con Kerrini qəbul edib. Onlar arasında görüş 45 dəqiqə sürüb.

Əhməd Davudoğlu NATO-nun baş katibi Yens Stoltenbergi də qəbul edib. Bu görüş isə 20 dəqiqə sürüb.

Son xəbərlər

Orphus sistemi