Yuxarı

Əhməd Davudoğlu italiyalı həmkarından izahat tələb edib

Renzi izahatla çıxış etməsə Türk tərəfinin sərt cavabı gecikməyəcək

BAKI. 17 yanvar. REPORT.AZ/ Türkiyənin baş naziri Əhməd Davudoğlu Brüssel səfərindən sonra təyyarədə jurnalistlərin suallarını cavablandırıb.

"Report"-un TRT telekanalına istinadən verdiyi xəbərə görə, Parisdə ötən həftə keçirilən kütləvi yürüştə iştirak edən Ə.Davudoğlunun bu addımını "anlaşılmaz" olaraq qiymətləndirən İtaliyanın Baş naziri Matteo Renzi Türkiyədə söz azadlığının olmadığını iddia etmişti.

Ə.Davudoğlu cavab olaraq bildirib ki Matteo Renzinin sözü gedən şərhi "qəbuledilməzdir" və İtaliyanın baş naziri təcili olaraq məsələ ilə bağlı Ankaraya izahat verməlidir.

Türkiyənin hökümət başçısı bildirib ki, Renzi izahatla çıxış etməsə türk tərəfinin sərt cavabı gecikməyəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi