"EgyptAir" təyyarəsinin göyərtəsində partlayış təhlükəsi barədə məlumat yalan çıxıb

"EgyptAir" təyyarəsinin göyərtəsində partlayış təhlükəsi barədə məlumat yalan çıxıb Urqenç hava limanı bağlıdır, bütün giriş yolları bağlanılıb
Digər ölkələr
8 İyun , 2016 12:38
EgyptAir təyyarəsinin göyərtəsində partlayış təhlükəsi barədə məlumat yalan çıxıb

Bakı. 8 iyun. REPORT.AZ/ Özbəkistanın Urqenç hava limanında qəza enişi edən "EgyptAir" təyyarəsinin göyərtəsində partlayış təhlükəsi barədə məlumat yalan çıxıb.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Misir Aviasiya Nazirliyindəki mənbə bildirib. 

Qahirədən Pekinə uçan təyyarə partlayışı təhlükəsi səbəbindən Özbəkistanda enib. KİV-in məlumatlarına görə, təyyarənin göyərtəsində bombanın olduğu haqqında anonim məlumat daxil olub. 

"RİA Novosti"nin məlumatına görə, Urqenç hava limanı bağlıdır, bütün giriş yolları bağlanılıb. Mütəxəssislər yoxlamaları davam etdirir.

Son xəbərlər

Orphus sistemi