Yuxarı

"EgyptAir" sərnişin təyyarəsini qaçıran şəxs hərəkətinin motivlərini açıqlayıb

Seyf əd-Din Mustafa Misir hökumətinin onun ailəsini görməsinə imkan vermədiyini bildirib

Bakı. 30 mart. REPORT.AZ/ "EgyptAir" aviaşirkətinə məxsus "Airbus A320" sərnişin təyyarəsini qaçıran Seyf əd-Din Mustafa atdığı bu addımı həyat yoldaşı və uşaqlarını görmək zərurətiylə izah edib.

"Report" "CyprusMail"ə istinadən xəbər verir ki, 59 yaşlı Misir vətəndaşı bu barədə Kipr polisinə məlumat verib.

"Kimsə ailəsini 24 ildir görmürsə və həyat yoldaşı ilə övladlarını görmək istəyirsə, Misir hökuməti isə buna imkan vermirsə, o, nə etməlidir?", - deyə Mustafa bildirib

Qeyd edək ki, Mustafa və onun Kipr vətəndaşı olan keçmiş həyat yoldaşının dörd övladı olub. 10 il əvvəl onlardan biri vəfat edib. Təyyarəni qaçırmaqla bir andaca bütün dünyanın diqqətini üzərinə yönəldən misirli isə 1994-cü ildə adanı tərk edib.

Xatırladaq ki, bu gün daha əvvəl Larnaka Şəhər Məhkəməsi 59 yaşlı Misir vətəndaşını səkkiz günlüyə həbs edib. O, quldurluqda, qanunsuz şəkildə partlayıcı maddə saxlamaqda, qanunsuz şəkildə insan hüquqlarını pozmaqla adam oğurluğunda, düşünülməmiş və səhlənkar hərəkətlər etməkdə və terrorizmə qarşı mübarizə haqqında qanunvericiliyi pozan cinayətdə ittiham olunur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi