Yuxarı

​"EgyptAir" itmiş təyyarənin qalıqlarının aşkar edildiyini təsdiqləyib

Şirkət Yunanıstan tərəfindən qalıqların tapılması barədə məlumatlandırılıb

Bakı. 19 may. REPORT.AZ/ Misirin "EgyptAir" aviaşirkəti itmiş təyyarənin qalıqlarının aşkar edildiyini təsdiqləyib.

"Report" xəbər verir ki, bu barədə cümə axşamı CNN telekanalı məlumat yayıb.

Misirin Mülki Aviasiya Nazirliyinin məlumatına görə, Yunanıstan hökuməti onları qalıqların və çox güman ki, itmiş laynerə aid olan xilasetmə jiletlərinin aşkar edilməsi barədə məlumatlandırılıblar. Misirin Fransadakı səfiri bildirib ki, Afina Misirin diplomatik nümayəndəliyinə onların ağ və göy rəngli qalıqları tapmağa müvəffəq olmaları barədə rəsmi məlumat verib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi