Yuxarı
    Bağlamaq

    "EgyptAir" aviaşirkətinin təyyarəsi Karpatos adası yaxınlığında qəzaya uğrayıb

    Misirdə Təhlükəsizlik Şurası fövqəladə iclas keçirəcək

    Bakı. 19 may. REPORT.AZ/ Misir Təhlükəsizlik Şurası bu gün fövqəladə iclas keçirəcək. "Report" TASS-a istinadən məlumat verir ki, ölkə başçısı Abdel Fəttah əs-Sisinin rəhbərliyi altında keçiriləcək iclas "EgyptAir" aviaşirkətinin qəzaya uğraması ilə əlaqədardır.

    Öz növbəsində, AFP agentliyi "A320" təyyarəsinin Yunanıstanın Karpatos adası yaxınlığında qəzaya uğradığını bildirib.

    Misirin baş naziri İsmayıl Şerif Qahirədə mətbuat konfransında təyyarə qəzasını şərh edərkən Parisdən Qahirəyə uçuş həyəta keçirən təyyarədə terror aktının törədilmə ehtimalını istisna etməyib.

    Misir Mülki Aviasiya Nazirliyi hələlik qəza barəsində faktlar təsdiqləməyin erkən olduğunu və hava gəmisinin radardan itməsinin səbəbinin bilinmədiyini bəyan edib. Nazirlik jurnalistləri müxtəlif şərhlər və fərziyyələr irəli sürməkdən çəkinməyə çağırıb.

    Qeyd edək ki, "EgyptAir" aviaşirkətinin MS804 reysi ilə hərəkət edən təyyarə mayın 18-də gecə saatlarında Parisdən uçub. Təyyarənin göyərtəsində 66 nəfər - 3-ü kiçik uşaq olmaqla 56 sərnişin və 10 ekipaj üzvü (üçü təhlükəsizlik xidmətinin üzvü olub - red.) olub.

    Təyyarənin göyərtəsində Misirin 30, Fransanın 15, İraqın 2, Böyük Britaniya, Belçika, Küveyt, Səudiyyə Ərəbistanı, Sudan, Çad, Portuqaliya, Əlcəzair və Kanadanın hər birinin bir vətəndaşı olub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi