Bakı. 15 yanvar. REPORT.AZ/ Son sutka ərzində Əfqanıstanda keçirilən hərbi əməliyyatlar zamanı "Taliban" radikal qruplaşmasının 21 silahlısı məhv edilib.
"Report" "TASS" agentlliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin məlumatında bildirilir.
Məlumatda qeyd edilir ki, öldürülənlər arasında "Taliban" rəhbərlərindən biri də var. "Son 24 saat ərzində Əfqanıstanın milli polisi ölkənin 4 vilayətində antiterror əməliyyatı keçirib. Kapis, Pərvan, Uruzqan və Hostda keçirilən əməliyyatlar zamanı 21 silahlı, o cümlədən taliblərin bir yüksəkvəzifəli səhra komandiri məhv edilib" – deyə sənəddə bildirilir.
"Taliban" silahlıları bununla bağlı heç bir açıqlama verməyiblər.