Yuxarı
    Bağlamaq

    Əfqanıstan höküməti ilə Taliban arasında danışıqlar fevralın sonunadək baş tuta bilər

    Birləşmiş Ştatlar, Çin, Pakistan və Əfqanıstan nümayəndələri Talibana çağırış edib

    Bakı. 6 fevral. REPORT.AZ/ Birləşmiş Ştatlar, Çin, Pakistan və Əfqanıstan nümayəndələri Kabil hökuməti ilə Taliban qruplaşması arasında birbaşa danışıqların keçirilməsinə dair razılıq əldə ediblər.

    "Report" "Amerikanın səsi"nə istinadən xəbər verir ki, İslamabadda toplaşan dörd dövlətin nümayəndəsi Taliban liderlərini bu ayın sonuna qədər keçirilməsi nəzərdə tutulan sülh danışıqlarında iştirak etməyə çağırıb.

    Dördtərəfli Koordinasiya Qrupunun üzvləri bildiriblər ki, Əfqanıstanda sülhə dair "yol xəritəsi" siyasi nizamlanma və zorakılıqlara son qoyulması istiqamətində mərhələləli prosesi nəzərdə tutur.

    Taliban bu görüşdə iştirak etməyib və bu qruplaşma üzvlərinin sülh danışıqlarına qatılıb-qatılmayacağı da hələlik məlum deyil. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi