Yuxarı
    Bağlamaq

    Əfqanıstanın təhlükəsizlik qüvvələri xeyriyyə təşkilatına hücum edən yaraqlıları zərərsizləşdirib

    İnsident nəticəsində bir nəfər həlak olub və bir nəfər yaralanıb

    Bakı. 6 sentyabr. REPORT.AZ/ Əfqanıstanın təhlükəsizlik qüvvələri Kabildə yerləşən xeyriyyə təşkilatının ofisinə hücumda iştirak edən bütün yaraqlıları zərərsizləşdirib. 

    "Report" "Reuters"ə istinadən xəbər verir ki, hücum zamanı əvvəlcə partlayış olub, sonra isə atışma başlayıb. İnsident nəticəsində bir nəfər ölüb, bir nəfər yaralanıb.

    Qeyd edək ki, sentyabrın 5-də Əfqanıstan Müdafiə Nazirliyinin binası yaxınlığında iki güclü partlayış törədilib. Partlayışlar nəticəsində ən az 30 nəfər həlak olub, daha 40 nəfər yaralanıb. Terror aktlarına görə məsuliyyəti "Taliban" qruplaşması öz üzərinə götürüb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi