Əfqanıstanın şərqində silahlı hücum olub

Əfqanıstanın şərqində silahlı hücum olub Əfqanıstanın şərqindəki Nanqarhar əyalətinin inzibati mərkəzi olan Cəlalabad şəhərində silahlı hücum olub.
Digər ölkələr
23 Oktyabr , 2021 18:31
Əfqanıstanın şərqində silahlı hücum olub

Əfqanıstanın şərqindəki Nanqarhar əyalətinin inzibati mərkəzi olan Cəlalabad şəhərində silahlı hücum olub.

"Report" xəbər verir ki, bu barədə yerli TOLO News telekanalı məlumat yayıb.

Hücumda "Taliban"ın iki silahlısı öldürülüb.

Daha əvvəl telekanal Cəlalabadda baş verən partlayış nəticəsində bir uşağın öldüyü, daha iki uşağın yaralandığı barədə məlumat vermişdi. İlkin məlumatlara görə, hadisə "Taliban" avtomobili üçün hazırlanan minanın işə düşməsi nəticəsində baş verib.

"Taliban" rəsmiləri bu iki hadisə ilə bağlı hələ açıqlama verməyib.

Son xəbərlər

Orphus sistemi