Əfqanıstanın şərqində partlayış olub.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, hadisə nəticəsində 2 nəfər ölüb, 5 nəfər yaralanıb.
Hadisə Nəngərhar vilayətində baş verib. Partlayış Mitran qəsəbəsində tikilməkdə olan məktəbin binasında olub.
Məlumata görə, ölən və yaralananlar tikintidə işləyənlər olublar. Yaralılar xəstəxanaya yerləşdiriliblər.
Onlardan 2-nin vəziyyəti ağırdır.