​Əfqanıstanın şərqində 21 İŞİD yaraqlısı məhv edilib

​Əfqanıstanın şərqində 21 İŞİD yaraqlısı məhv edilib Əməliyyat zamanı daha 13 silahlı yaralanıb
Digər ölkələr
7 Avqust , 2016 09:25
​Əfqanıstanın şərqində 21 İŞİD yaraqlısı məhv edilib

Bakı. 7 avqust. REPORT.AZ/ Əfqanıstanın şərqindəki Nanqarxar əyalətində son sutka ərzində keçirilmiş hərbi əməliyyatlar nəticəsində İŞİD terror qruplaşmasının ən azı 21 yaraqlısı öldürülüb.

"Report"un məlumatına görə, bu barədə "Tolo News" telekanalı hərbi bəyanata istinadən xəbər yayıb. 

Məlumata görə, əməliyyat zamanı daha 13 terrorçu yaralanıb.

"Bir neçə kənd terrorçulardan təmizlənib, bütün yaraqlıların təmizlənməsi üçün əməliyyat davam edir", - deyə bəyanatda bildirilir.

Son xəbərlər

Orphus sistemi