Əfqanıstanın sabiq prezidenti ölkəni tərk etməyəcək

Əfqanıstanın sabiq prezidenti ölkəni tərk etməyəcək Əfqanıstanın sabiq prezidenti Həmid Kərzai ölkədə qalacaq.
Digər ölkələr
15 Avqust , 2021 21:02
Əfqanıstanın sabiq prezidenti ölkəni tərk etməyəcək

Əfqanıstanın sabiq prezidenti Həmid Kərzai ölkədə qalacaq.

“Report” xəbər verir ki, bu barədə keçmiş prezident videomüraciətində deyib.

Həmid Kərzai ümid edir ki, mövcud vəziyyəti sülh yolu ilə həll ediləcək.

“Mən ailəmlə birlikdə Əfqanıstanda sizinləyəm, ümid edirəm ki, Kabildəki vəziyyəti və danışıqları sülh yolu ilə həll edəcəyəm”.

Bundan əvvəl Milli Barışıq üzrə Ali Şuranın rəhbəri Abdullah Abdullah Əşrəf Qaninin prezidentlik postundan istefa verdiyini və ölkəni tərk etdiyini təsdiqləyib.

Son xəbərlər

Orphus sistemi