Əfqanıstanın sabiq müdafiə nazirinin oğlunun evində əməliyyat keçirilir, yaralananlar var

Əfqanıstanın sabiq müdafiə nazirinin oğlunun evində əməliyyat keçirilir, yaralananlar var Bakı. 3 dekabr. REPORT.AZ/ Əfqanıstanın paytaxtı Kabil şəhərində sabiq müdafiə naziri Əbdül Rəhim Vərdəkin oğlunun yaşadığı evin ətrafında keçirilən əməliyyat zamanı azı 6 polis əməkdaşı və 1 jurnalist yaralanıb.
Digər ölkələr
3 Dekabr , 2018 19:21
Əfqanıstanın sabiq müdafiə nazirinin oğlunun evində əməliyyat keçirilir, yaralananlar var
AP

Bakı. 3 dekabr. REPORT.AZ/ Əfqanıstanın paytaxtı Kabil şəhərində sabiq müdafiə naziri Əbdül Rəhim Vərdəkin oğlunun yaşadığı evin ətrafında keçirilən əməliyyat zamanı azı 6 polis əməkdaşı və 1 jurnalist yaralanıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, evin sahibi polisin evi tərk etmək barədə göstərişini yerinə yetirməyi rədd etdikdən sonra onun mühafizəçiləri polisləri atəşə tutub.

Xatırladaq ki, Əbdül Rəhim Vərdək 2004-2012-ci illərdə Əfqanıstanın müdafiə naziri vəzifəsində çalışıb.

Son xəbərlər

Orphus sistemi