​Əfqanıstanın qərbində "Taliban" komandirlərindən biri zərərsizləşdirilib

​Əfqanıstanın qərbində "Taliban" komandirlərindən biri zərərsizləşdirilib Əfqanıstanın qərbindəki "Taliban" yaraqlılarının komandiri evlərin birində terrorçuların fəaliyyət planını hazırlayırmış
Digər ölkələr
4 İyul , 2015 12:22
​Əfqanıstanın qərbində Taliban komandirlərindən biri zərərsizləşdirilib

Bakı. 4 iyul. REPORT.AZ/ Əfqanıstanın qərbindəki "Taliban" hərəkatı yaraqlılarının komandiri bu gün təhlükəsizlik qüvvələri tərəfindən zərərsizləşdirilib. Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.

"Əfqanıstanın qərbindəki "Taliban" yaraqlılarının komandiri Hacı Vəzir, evlərin birində terrorçuların gələcək fəaliyyət planını hazırlayırdı. Təhlükəsizlik qüvvələri kəşfiyyat məlumatları əsasında şənbə günü səhər onun olduğu evə hücum edərək, terrorçunu məhv ediblər", - yerli polis rəisi Abdul Məcid Rozi bildirib.

Onun sözlərinə görə, zərərsizləşdirilən şəxs ən azı 500 nəfər "Taliban" yaraqlısına rəhbərlik edirdi və onun məhv edilməsi Herat və onunla qonşu əyalətlərdə gərginliyi azalda bilər. "Taliban" nümayəndələri komandirlərinin ölümü ilə bağlı hələ heç bir şərh verməyiblər. 

Son xəbərlər

Orphus sistemi