Əfqanıstanın qərbində 40 məktəbli sudan zəhərlənib

Əfqanıstanın qərbində 40 məktəbli sudan zəhərlənib Əfqanıstanın qərbindəki Fərəh vilayətində dini ibtidai məktəbdə 40 məktəbli kütləvi şəkildə içməli sudan zəhərlənib.
Digər ölkələr
7 iyun 2023 18:30
Əfqanıstanın qərbində 40 məktəbli sudan zəhərlənib

Əfqanıstanın qərbindəki Fərəh vilayətində dini ibtidai məktəbdə 40 məktəbli kütləvi şəkildə içməli sudan zəhərlənib.

"Report" xəbər verir ki, bu barədə yerli mənbələrə istinadən "Hasht-e Subh" qəzeti məlumat yayıb.

Hadisə əyalətin qərbində yerləşən Qala-i-Kah rayonundakı qızlar məktəbində baş verib. Zərərçəkənlərdən bəzilərinin xəstəxanaya yerləşdirilməsi tələb olunub, onların vəziyyəti ilə bağlı təfərrüatlar açıqlanmır. Suyun toksikliyinə nəyin səbəb olduğu hələ də məlum deyil.

Son xəbərlər

Orphus sistemi