Yuxarı

Əfqanıstanın paytaxtında mikroavtobus partladılıb, ölənlər var

Terror aktına görə məsuliyyəti Taliban hərəkatı öz üzərinə götürüb

Bakı. 20 iyun. REPORT.AZ/ Əfqanıstanın paytaxtı Kabildə mikroavtobusun partladılması nəticəsində ən azı 14 nəfər həlak olub.

Bu barədə "Report" "Associated Press"ə istinadən xəbər verir.

Polisdən verilən məlumata görə, partlayış terrorçu-kamikadze tərəfindən törədilib. Partlayış Pakistanla sərhəddə yerləşən Nəngəhar vilayətinin mərkəzi olan Cəlilabad şəhərini Kabillə birləşdirən yolda baş verib.

Mikroavtobusda Nepal və Əfqanıstandan mühafizə şirkətinin əməkdaşları olub. 

Terror aktına görə, məsuliyyəti "Taliban" hərəkatı öz üzərinə götürüb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi