Əfqanıstanın paytaxtında bir sıra terror aktlarının qarşısı alınıb

Əfqanıstanın paytaxtında bir sıra terror aktlarının qarşısı alınıb 17 terrorçu saxlanılıb, 1 terrorçu öldürülüb
Digər ölkələr
14 Yanvar , 2015 11:35
Əfqanıstanın paytaxtında bir sıra terror aktlarının qarşısı alınıb

Bakı. 14 yanvar. REPORT.AZ/ Əfqanıstan təhlükəsizlik qüvvələri ötən gecə kamikadzelərin Kabildə törətmək istədikləri partlayışların qarşısını alıb. "Report" "İTAR-TASS"a istinadən xəbər verir ki, polis əməkdaşlarının bildirdiklərinə görə, terrorçular paytaxtda bir necə mühüm obyektə eyni vaxtda həyata keçirilən hücum təşkil etməyi planlaşdırıb. Başlanan tədqiqat zamanı hadisənin təfərrüatları dəqiqləşdirilir. 

Polis nümayəndəsi Həşmət Stanikzaya bildirib ki, təhlükəsizlik qüvvələri və polisin Baqrami məhəlləsində keçirdikləri birgə əməliyyat nəticəsində 17 terrorçu saxlanılıb, kamikadze kəmərləri aşkar olunaraq götürülüb. Bir kamikadze öldürülüb. 

Təhlükəsizlik qüvvələri arasında itki yoxdur. Ərazidə təmizlik işləri aparılır. 

Son xəbərlər

Orphus sistemi