Bakı. 24 aprel. REPORT.AZ/ Əfqanıstan müdafiə naziri Abdulla Xan Həbibi və Quru Qoşunlar Baş Qərargah rəisi Kadam Şah Şahimi "Taliban" yaraqlılarının hərbi bazaya hücumu ilə əlaqədar istefaya gediblər.
"Report" Əfqanıstan KİV-inə istinadən xəbər verir ki, ölkə prezidenti bu gün onların istefasını qəbul edib. Müdafiə naziri vəzifəsinə müvəqqəti olaraq daxili işlər nazirinin müavini Tarik Şah Bəhrami, Baş Qərargah rəisi vəzifəsinə isə general Şərif Yaftal təyin edilib.
Xatırladaq ki, aprelin 21-də Əfqanıstan ordusu hərbçilərinin geyimində olan yaraqlılar Bəlx əyalətində hərbi bazaya soxulub. "Wall Street Journal" qəzeti əfqan məmurlara istinadən hücum zamanı azı 170 nəfərin həlak olduğunu bildirib. Məlumata görə, ölənlərin sayı 200-ə çata bilər.
Hücuma görə məsuliyyəti "Taliban" qruplaşması üzərinə "götürüb.