Əfqanıstanın minaatandan atəşə tutulması zamanı 14 nəfər yaralanıb, ölənlər var

Əfqanıstanın minaatandan atəşə tutulması zamanı 14 nəfər yaralanıb, ölənlər var Əfqanıstanın şimalındakı Faryab əyalətinin yaşayış məntəqələrindən birinin minaatandan atəşə tutulması nəticəsində 2 dinc sakin həlak olub, daha 14 nəfər yaralanıb.
Digər ölkələr
31 Yanvar , 2021 20:15
Əfqanıstanın minaatandan atəşə tutulması zamanı 14 nəfər yaralanıb, ölənlər var

Əfqanıstanın şimalındakı Faryab əyalətinin yaşayış məntəqələrindən birinin minaatandan atəşə tutulması nəticəsində 2 dinc sakin həlak olub, daha 14 nəfər yaralanıb.

Bu barədə “Report” “Anadolu” agentliyinə istinadən xəbər verir.

Əyalətin polis idarəsində bildiriblər ki, atəşə məruz qalan Almar qəsəbəsidir.

Atəşin "Taliban" hərəkatın silahlıları tərəfindən açılması güman edilir. “Taliblər” hələ xəbəri şərh etməyiblər.

Buna baxmayaraq, Əfqanıstan hökuməti “Taliban”la sülh danışıqları üçün Qətərə nümayəndə göndərib.

Son xəbərlər

Orphus sistemi