​Əfqanıstan Hərbi Hava Qüvvələrinin zərbəsi nəticəsində İŞİD-in 18 silahlısı öldürülüb

​Əfqanıstan Hərbi Hava Qüvvələrinin zərbəsi nəticəsində İŞİD-in 18 silahlısı öldürülüb Aviazərbələr terrorçuların Nanqarhar vilayətindəki mövqelərinə endirilib
Digər ölkələr
5 İyun , 2016 16:41
​Əfqanıstan Hərbi Hava Qüvvələrinin zərbəsi nəticəsində İŞİD-in 18 silahlısı öldürülüb

Bakı. 5 iyun. REPORT.AZ/ Əfqanıstanın Hərbi Hava Qüvvələrinin zərbəsi nəticəsində İŞİD-in 18 silahlısı öldürülüb, daha 11 nəfər yaralanıb. "Report" xəbər verir ki, bu barədə "Khaama Press" agentliyi məlumat yayıb.

Məlumata görə, aviazərbələr terrorçuların aktiv olduqları Nanqarhar vilayətindəki mövqelərinə endirilib.

Ölkənin Müdafiə Nazirliyinin məlumatında isə bildirilir ki, əməliyyat zamanı terrorçulara məxsuis nəqliyyat vasitəsi məhv edilib.

Xatırladaq ki, əfqan silahlı qüvvələri şənbə günü İŞİD-in 9 silahlısını məhv edib. Əməliyyat zamanı 7 terrorçu yaralanıb.  

Son xəbərlər

Orphus sistemi