Əfqanıstanın gənclərdən ibarət milli futbol komandasının üzvü Zəki Anvari ölkəni tərk etmək istəyərkən vəfat edib.
“Report” xəbər verir ki, bu barədə jurnalist Babək Taqvaye özünün tviter səhifəsində yazıb.
Onun sözlərinə görə, idmançı havaya qalxan Amerika hərbi təyyarəsinin kənarından tutmağa çalışanlardan biri olub.
Jurnalist qeyd edib ki, Anvarinin cəsədinin qalıqları təyyarənin şassisində aşkarlanıb.