Əfqanıstanın cənubunda güclü partlayış olub

Əfqanıstanın cənubunda güclü partlayış olub Partlayıcı qurğu olan avtomobili idarə edən terrorçu-kamikadze özünü zirehli polis maşınının yaxınlığında partladıb
Digər ölkələr
26 Dekabr , 2016 11:53
Əfqanıstanın cənubunda güclü partlayış olub

Bakı. 26 dekabr. REPORT.AZ/ Əfqanıstanın cənubundakı Hilmənd vilayətində bu gün güclü partlayış baş verib.

Bu barədə "Report" "TOLOnews" telekanalına istinadən xəbər verir.

Partlayıcı qurğu olan avtomobili idarə edən terrorçu-kamikadze özünü zirehli polis maşınının yaxınlığında partladıb. Hadisə Ləşkərgah şəhərində baş verib.

Hələlik ölən və yaralananlar barədə məlumat verilmir.

Son xəbərlər

Orphus sistemi