Əfqanıstanın cənubunda baş verən partlayışda 11 mədrəsə şagirdi ölüb

Əfqanıstanın cənubunda baş verən partlayışda 11 mədrəsə şagirdi ölüb Bakı. 30 aprel. REPORT.AZ/ Əfqanıstanın cənubunda yerləşən Qəndəhar vilayətində terrorçu-kamikadze partlayıcı qurğunu işə salaraq mədrəsədə təhsil alan 11 şagirdin ölümünə səbəbkar olub.
Digər ölkələr
30 Aprel , 2018 14:06
Əfqanıstanın cənubunda baş verən partlayışda 11 mədrəsə şagirdi ölüb

Bakı. 30 aprel. REPORT.AZ/ Əfqanıstanın cənubunda yerləşən Qəndəhar vilayətində terrorçu-kamikadze partlayıcı qurğunu işə salaraq mədrəsədə təhsil alan 11 şagirdin ölümünə səbəbkar olub.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, partlayış xarici silahlı qüvvələrin maşın konvoyunun yanxınlığında həyata keçirilib.

"Pajvak" agentliyinin məlumatına görə, partlayışın hədəfi NATO-nun "Qətiyyətli dəstək" missiyası çərçivəsində ölkədə yerləşdirilən Rumıniya hərbçilərinin konvoyu olub. Agentlik hadisə nəticəsində 6 hərbçinin yaralandığını xəbər verib.

Hələlik bölgədə fəaliyyət göstərən heç bir qruplaşma partlayışa görə məsuliyyəti üzərinə götürməyib.

Son xəbərlər

Orphus sistemi