Əfqanıstanın Cəlalabad şəhərində partlayış nəticəsində 6 nəfər yaralanıb - YENİLƏNİB

Əfqanıstanın Cəlalabad şəhərində partlayış nəticəsində 6 nəfər yaralanıb - YENİLƏNİB Partlayış terrorçu-kamikadzenin hücumu nəticəsində meydana gəlib
Digər ölkələr
2 Mart , 2016 12:29
Əfqanıstanın Cəlalabad şəhərində partlayış nəticəsində 6 nəfər yaralanıb - YENİLƏNİB

Bakı. 2 mart. REPORT.AZ/ Bu gün Əfqanıstanın Cəlalabad şəhərində Hindistan səfirliyinin yaxınlığında baş verən partlayış nəticəsində ən azı 6 nəfər yaralanıb.
"Report" "TASS"a istinadən xəbər verir ki, diplomatik missiyanın əməkdaşları xəsarət almayıb.
Hələlik ölkədə fəaliyyət göstərən heç bir qruplaşma partlayışa görə məsuliyyəti öz üzərinə götürməyib.

*** 12:29

Bakı. 2 mart. REPORT.AZ/ Əfqanıstanın şərqində, Nanqarxar əyalətinin inzibati mərkəzi olan Cəlalabad şəhərində diplomatik nümayəndəliklərin çoxluq təşkil etdiyi rayonda güclü partlayış olub.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, insident Hindistan konsulluğunun yaxınlığında baş verib, atışma səsləri eşidilməkdədir.

İlkin məlumatlara görə, partlayış yerli vaxtla təqribən saat 12 radələrində terrorçu-kamikadzenin hücumu nəticəsində meydana gəlib.

Partlayış nəticəsində yaxın binaların pəncərə və qapıları qırılıb, səkkiz avtomobilə zərər dəyib.

Hələlik zərərçəkənlərin sayı məlum deyil.

Son xəbərlər

Orphus sistemi