Əfqanıstandan Özbəkistan ərazisinə 5 raket atılıb

Əfqanıstandan Özbəkistan ərazisinə 5 raket atılıb Özbəkistan ərazisinə Əfqanıstan istiqamətindən beş raket atılıb.
Digər ölkələr
5 İyul , 2022 23:40
Əfqanıstandan Özbəkistan ərazisinə 5 raket atılıb

Özbəkistan ərazisinə Əfqanıstan istiqamətindən beş raket atılıb.

"Report" xəbər verir ki, bu barədə Özbəkistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirlik tələfat, xəsarət alan və dağıntıların olmadığını bildirib.

"Termizin Majnuntol məhəlləsində 4 fərdi yaşayış evinə cüzi ziyan dəyib, beşinci mərmi futbol meydançasında tapılıb. Aşkar edilmiş mərmilər istehkamçılar tərəfindən zərərsizləşdirilib", - məlumatda deyilir.

Hazırda Özbəkistanın səlahiyyətli orqanları Əfqanıstan tərəfi ilə birlikdə insidentin səbəblərini müəyyən etmək üçün lazımi tədbirləri həyata keçirir.

Son xəbərlər

Orphus sistemi