Türkiyənin Əfqanıstandakı səfirliyinin qarşındakı partlayışda bir türk hərbçi ölüb

Türkiyənin Əfqanıstandakı səfirliyinin qarşındakı partlayışda bir türk hərbçi ölüb "Taliban" isə bəyan edib ki, hədəfləri hər hansı dövlətin səfirliyi deyil, ABŞ-ın hərbi avtomobil karvanı olub
Digər ölkələr
26 Fevral , 2015 12:37
Türkiyənin Əfqanıstandakı səfirliyinin qarşındakı partlayışda  bir türk hərbçi ölüb

Bakı. 26 fevral. REPORT.AZ/ Türkiyənin Əfqanıstandakı səfirliyinin binası qarşısında baş verən partlayışın məsuliyyətini "Taliban" hərəkatı üzərinə götürüb.
"Report" "NBC"yə istinadən xəbər verir ki, bu haqda hərəkat özünün "Twitter" səhifəsində bildirib.
Məlumata görə, partlayışın qurbanı olan iki nəfərdən biri Türkiyənin Əfqanıstandakı sülhməramlı hərbçisi, o biri isə yerli sakindir. Hadisə nəticəsində Türkiyə vətəndaşı yaralanıb.
Əfqanıstan daxili işlər nazirinin müavini Əyyub Salanqi bildirib ki, terrorçu-intiharçının hədəfi Türkiyə diplomatının avtomobilini partlatmaq olub.
"Taliban" isə bəyan edib ki, hədəfləri "hər hansı dövlətin səfirliyi deyil, ABŞ-ın hərbi avtomobil karvanı olub".
Xatırladaq ki, fevralın 26-da Kabulda xarici dövlətlərin diplomatik missiyalarnın yerləşdiyi məhəllədə Türkiyə səfirliyinə aid avtomobil terrorçu-intiharçı tətəfindən partaladılıb.

Son xəbərlər

Orphus sistemi