Əfqanıstandakı hadisələrlə bağlı 4 dövlət məşvərət orqanı yaradıb

Əfqanıstandakı hadisələrlə bağlı 4 dövlət məşvərət orqanı yaradıb ABŞ, Pakistan, Əfqanıstan və Özbəkistan Əfqanıstandaxili böhranı tənzimləmək üçün 4 tərəfli yeni məşvərət meydanı yaradıb.
Digər ölkələr
16 İyul , 2021 10:11
Əfqanıstandakı hadisələrlə bağlı 4 dövlət məşvərət orqanı yaradıb

ABŞ, Pakistan, Əfqanıstan və Özbəkistan Əfqanıstandaxili böhranı tənzimləmək üçün dördtərəfli yeni məşvərət meydanı yaradıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu məlumatı Özbəkistan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti yayıb.

“Əfqanıstanda dinc prosesləri dəstəkləmək və münaqişədən sonrakı tənzimləməni dəstəkləmək üçün Daşəkənddə ABŞ, Özbəkistan, Əfqanıstan və Pakistan nümayəndələrindən ibarət yeni dördtərəfli məşvərət meydanı yaradılıb”, - XİN bildirib.

Nazirliyin yaydığı məlumata görə, razılaşma iyulun 15-16-da Daşkənddə “Mərkəzi və Cənubi Asiya: regional qarşılıqlı əlaqələr. Çağırışlar və imkanlar” mövzusunda keçirilən beynəlxalq konfrans çərçivəsində əldə edilib.

Mətbuat xidməti bildirib ki, tərəflər yaxın aylarda qarşılıqlı konsensus əsasında əməkdaşlığın şərtlərini müəyyən etmək görüşü razılaşdırıblar.

Son xəbərlər

Orphus sistemi