Yuxarı

Əfqanıstanda zəlzələ olub

Əfqanıstanın şimal-şərqində 5,5 bal gücündə zəlzələ baş verib. Dağıntı və ya xəsarət alanlar barədə məlumat verilmir.

Bakı. 30 İyun. REPORT.AZ/ Əfqanıstanın şimal-şərqində 5,5 bal gücündə zəlzələ baş verib. "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu haqda ABŞ-ın Geoloji Xidmət Agentliyi məlumat yayıb.

Təbii fəlakət Bakı vaxtı ilə 00.07-də qeydə alınıb. Məlumatda bildirilib ki, zəlzələnin mərkəzi Badaxşan vilayətinin Aşkaşam şəhərindən 22 km qərbdə yerləşib.

Yeraltı təkanların ocağı 18,5 km dərinlikdə olub.

Dağıntı və ya xəsarət alanlar barədə məlumat verilməyib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi