Əfqanıstanda yeniyetmə qız valideynlərinin qisasını alıb

Əfqanıstanda yeniyetmə qız valideynlərinin qisasını alıb Əfqanıstanın orta bölgəsindəki Ğor əyaləti Tevri qəzasında bir kənddə yaşayan yeniyetmə qız ata-anasını qətlə yetirən iki nəfər “Taliban” yaraqlısını öldürüb.
Digər ölkələr
21 İyul , 2020 18:21
Əfqanıstanda yeniyetmə qız valideynlərinin qisasını alıb

Əfqanıstanın Qor əyalətinin Tevri qəzasındakı bir kənddə yaşayan yeniyetmə qız ata və anasını qətlə yetirən iki “Taliban” yaraqlısını öldürüb.

“Report” AFP-yə istinadən xəbər verir ki, yerli polis rəisi Həbibrəhman Məlikzadənin verdiyi məlumata görə, ötən həftə bir qrup “Taliban” yaraqlısı Qəmər Gül adlı qızın yaşadığı evə soxulub kəndxuda atasını bayıra çıxararaq hökumətə çalışdığı üçün öldürürlər. Onun həyat yoldaşını da onlara müqavimət göstərdiyi üçün qətlə yetirirlər.

Eyni mənbənin dediyinə görə, bu zaman evdə olan Qəmər atasına məxsus “AK-47” avtomat silahını götürüb bayıra çıxaraq ilk atəşlə valideynlərini öldürən həmin iki nəfəri qanına qəltan edir, daha bir neçə talibançını da yaralayır.

Bir qədər sonra bir qrup “Taliban” yaraqlısı Qəmərgilin evinə hücum etsə də, kənd sakinləri və hökumətyönlü silahlılarla atışma nəticəsində geri çəkilməyə məcbur olurlar.

Müxtəlif mənbələrə görə, 14 və ya 16 yaşında olduğu göstərilən (Əfqanıstanda insanların çoxu dəqiq yaşını bilmir) Qəmər kiçik qardaşı ilə birgə hazırda təhlükəsizlik qüvvələri tərəfindən daha etibarlı yerə aparılıblar.

Son günlər sosial şəbəkələrin Qəmərin “qəhrəmanlığ”ına alqışlar tutan paylaşımlarla dolduğu qeyd olunur.

Son xəbərlər

Orphus sistemi