Əfqanıstanda yaraqlılar 10 dinc sakini girov götürüb

Əfqanıstanda yaraqlılar 10 dinc sakini girov götürüb Bakı. 5 yanvar. REPORT.AZ/ Əfqanıstanın qərbində yerləşən Fərah əyalətində yaraqlılar 2 dinc sakini öldürüb, 10 nəfəri girov götürüb.
Digər ölkələr
5 Yanvar , 2019 18:12
Əfqanıstanda yaraqlılar 10 dinc sakini girov götürüb

Bakı. 5 yanvar. REPORT.AZ/ Əfqanıstanın qərbində yerləşən Fərah əyalətində yaraqlılar 2 dinc sakini öldürüb, 10 nəfəri girov götürüb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Ariana" telekanalı məlumat yayıb.

İlkin məlumatlara görə, yaraqlılar Dor Abad şəhərindən Fərahın mərkəzinə gedən nəqliyyat vasitəsini saxlayıblar. Onlar iki sakini öldürdükdən sonra on nəfəri naməlum istiqamətdə özləri ilə aparıblar.

Əfqanıstan ərazisində fəaliyyət göstərən qruplaşmalardan heç biri hələlik baş vermiş hadisəyə görə məsuliyyəti üzərilərinə götürməyiblər.

Daha əvvəl Əfqanıstanda "Taliban" yaraqlılarının hücumu nəticəsində 8 hərbçi ölüb.

Son xəbərlər

Orphus sistemi