Yuxarı
    Bağlamaq

    Əfqanıstanda yanacaq daşıyan maşın ilə avtobus toqquşub, 50 nəfər ölüb

    Qəza Kabil-Qəndəhar magistral yolunda baş verib

    Bakı. 4 sentyabr. REPORT.AZ/ Əfqanıstanda baş verən ağır yol qəzasında 50 nəfər ölüb.

    "Report" xəbər verir ki, bu barədə yerli rəsmi şəxslərə istinadən "TOLO News" telekanalı məlumat yayıb.

    "Khaama Press" agentliyinin məlumatına görə, qəza Kabil-Qəndəhar magistral yolunun Zabul əyalətindən keçən hissəsində yanacaq daşıyan avtosisternlə sərnişin avtobusunun toqquşması nəticəsində baş verib.

    Hazırda hadisənin bütün təfərrüatları araşdırılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi