Əfqanıstanda xarici turistləri daşıyan avtobuslara hücum edilib, 10 nəfər ölüb

Əfqanıstanda xarici turistləri daşıyan avtobuslara hücum edilib, 10 nəfər ölüb Ölənlərin vətəndaşlığı barədə hələlik məlumat verilmir
Digər ölkələr
4 avqust 2016 09:19
Əfqanıstanda xarici turistləri daşıyan avtobuslara hücum edilib, 10 nəfər ölüb

Bakı. 4 avqust. REPORT.AZ/ Əfqanıstanın qərbindəki Herat vilayətində xarici turistləri daşıyan avtobuslara silahlı hücum edilib.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, hücum nəticəsində 10 nəfər həlak olub, 5 nəfər yaralanıb.

Yerli hakimiyyət orqanlarının nümayəndəsi Fərhad Kadiminin sözlərinə görə, xarici turistləri daşıyan iki mikroavtobus Çişti Şarif rayonunda şosedə silahlı şəxslərin hücumuna məruz qalıb. Turistlər Bamiyan vilayətindən Herat vilayətinə gəlirmiş.

Ölənlərin vətəndaşlığı barədə hələlik məlumat verilmir.

Yerli polis araşdırmalara başlayıb.

Son xəbərlər

Orphus sistemi