Əfqanıstanda xarici konsulluqların yaxınlığında partlayış olub

Əfqanıstanda xarici konsulluqların yaxınlığında partlayış olub Hadisə qurbanları və zərərçəkənlər barədə məlumat yoxdur
Digər ölkələr
5 Yanvar , 2016 11:53
Əfqanıstanda xarici konsulluqların yaxınlığında partlayış olub

Bakı. 5 yanvar. REPORT.AZ/ Əfqanıstanın şərqindəki Cəlalabad şəhərində xarici ölkələrin konsulluqlarının yaxınlıqlarında partlayış baş verib. "Report" xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Yerli hakimiyyət nümayəndəsi Attaula Huqianinin sözlərinə görə, ilkin məlumatlara görə, partlayış Hindistan, Pakistan və İran konsulluqlarının yerləşdiyi rayonda olub.

Hadisə qurbanları və zərərçəkənlər barədə məlumat yoxdur.

Son xəbərlər

Orphus sistemi