Yuxarı

Əfqanıstanda vilayət administrasiyasının binası qarşısında partlayış olub

Partlayışdan sonra Taliban yaraqlıları binaya hücum edib

Bakı. 1 sentyabr. REPORT.AZ/ Bu gün səhər Əfqanıstanın şərqində yerləşən Loqar vilayətinin administrasiya binası qarşısında partlayış olub.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, partlayış nəticəsində iki nəfər ölüb.

Partlayıcı qurğu avtomobildə gizlədilib. Yerli administrasiyanın mətbuat katibinin sözlərinə görə, partlayışdan sonra "Taliban" yaraqlıları binaya hücum edib, polis əməkdaşları onlarla döyüşə girib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi