Əfqanıstanda partlayış törədilib, onlarla insan həlak olub

Əfqanıstanda partlayış törədilib, onlarla insan həlak olub Əfqanıstanın paytaxtı Kabilin qərb hissəsində törədilmiş partlayış nəticəsində azı 29 nəfər həlak olub, daha 72 insan yaralanıb.
Digər ölkələr
1704
24 Oktyabr , 2020 23:49
 Əfqanıstanda partlayış törədilib, onlarla insan həlak olub

Əfqanıstanın paytaxtı Kabilin qərb hissəsində törədilmiş partlayış nəticəsində azı 29 nəfər həlak olub, daha 72 insan yaralanıb.

“Report” xəbər verir ki, bu barədə təhlükəsizlik xidmətinin nümayəndəsinə istinadən “TOLOnews” telekanalı bildirib.

Telekanalın məlumatlarında bildirilir ki, hadisə tədris mərkəzinin yanında olub. İlkin informasiyaya görə, hücum kamikadze tərəfindən edilib.

“Al Arabiya” telekanalı isə öz növbəsində bildirib ki, partlayışa görə məsuliyyəti İŞİD terror qruplaşması üzərinə götürüb.

Daha əvvəl 1TV telekanalı hadisə zamanı 20 nəfərin həlak olması və 30 nəfərin xəsarət alması barədə bildirib.

Son xəbərlər

Orphus sistemi