Əfqanıstanda törədilən terror aktı nəticəsində BƏƏ-nin 5 diplomatı həlak olub

Əfqanıstanda törədilən terror aktı nəticəsində BƏƏ-nin 5 diplomatı həlak olub Terror aktı əyalətin qubernatoru Hamayun Əzizinin qonaq evində Birləşmiş Ərəb Əmirliyinin səfiri ilə görüş zamanı baş verib
Digər ölkələr
11 Yanvar , 2017 11:33
Əfqanıstanda törədilən terror aktı nəticəsində BƏƏ-nin 5 diplomatı həlak olub

Bakı. 11 yanvar. REPORT.AZ/ Əfqanıstanın Qəndahar əyalətində törədilən partlayış nəticəsində Birləşmiş Ərəb Əmirliyinin (BƏƏ) 5 diplomatı həlak olub. 

“Report” “Associated press”ə istinadən xəbər verir ki, bunu Birləşmiş Ərəb Əmirliyi hökuməti bildirib.

Qeyd edək ki, partlayış ötən gün törədilib. İlkin məlumatda BƏƏ-nin Əfqanıstandakı səfirinin yaralandığı, 11 nəfərin öldüyü və 16 nəfərin yaralandığı bildirilmişdi.  

Xatırladaq ki, terror aktı əyalətin qubernatoru Hamayun Əzizinin qonaq evində BƏƏ səfiri ilə görüş zamanı baş verib. Qubernatorun da yaralandığı bildirilmişdi. 

Son xəbərlər

Orphus sistemi