Yuxarı

​Əfqanıstanda törədilən partlayış nəticəsində iki əsgər ölüb, 3-ü yaralanıb

Partlayışın məsuliyyətini hələlik heç bir qruplaşma üzərinə götürməyib

Bakı. 28 yanvar. REPORT.AZ/ Əfqanıstanın Herat vilayətinin Guzar rayonunun Siyavşan kəndində yol kənarına yerləşdirilən bombanın partladılması nəticəsində iki əsgər həlak olub, 3-ü yaralanıb.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Əfqanıstanın qərbində yerləşən Zafar komandanlığının sözçüsü Nəcibullah Nəcibi bildirib.

Onun sözlərinə görə, uzaqdan idarə olunan bomba əsgərləri daşıyan avtomobil ərazidən keçərkən partladılıb. Partlayış nəticəsində hərbçilərin mindiyi zirehli avtomobil yararsız hala düşüb.

Partlayışın məsuliyyətini hələlik heç bir qruplaşma üzərinə götürməyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi