Əfqanıstanda terrorçularla atışmada 22 hərbçi ölüb, 15-i yaralanıb

Əfqanıstanda terrorçularla atışmada 22 hərbçi ölüb, 15-i yaralanıb Atışma nəticəsində 40 terrorçu zərərsizləşdirilib
Digər ölkələr
14 Noyabr , 2017 10:18
Əfqanıstanda terrorçularla atışmada 22 hərbçi ölüb, 15-i yaralanıb
AFP 2017 / Wakil Kohsar

Bakı. 14 noyabr. REPORT.AZ/ Əfqanıstanın Qəndəhar əyalətində terrorçu “Taliban” hərəkatının hücumu nəticəsində 22 hərbçi öldürülüb, 15-i yaralanıb.

“Report” “Tolo News”a istinadən xəbər verir ki, bunu yerli polis idarəsindən bildiriblər.

Məlumata görə, hərbçilərlə terrorçular arasında atışma bir saata yaxın davam edib. Atışma nəticəsində 40 terrorçu zərərsizləşdirilib, 35-i isə yaralanıb.

Polisdən bildirilib ki, bu son illərin ən geniş hücumlarından sayılır. 

Son xəbərlər

Orphus sistemi