Yuxarı

Əfqanıstanda terrorçular bazaya hücum edib, azı 23 nəfər ölüb, 4 nəfər yaralanıb

Ölkənin bir sıra əyalətlərində terrorçuların mövqelərinin güclənməsi müşahidə edilir

Bakı. 7 oktyabr. REPORT.AZ/ Əfqanıstanın cənubunda yerləşən Qəndəhar əyalətində hökumətin silahlı qüvvələrinə aid bazaya "Taliban" silahlıları hücum edib.

"Report" "Tolonews"a istinadən xəbər verir ki, Əfqanıstan hərbçiləri hücumun qarşısını alıb.

Məlumata görə, hücumun qarşısının alınması nəticəsində azı 20 terrorçu zərərsizləşdirilib, 3 hərbçi həlak olub, 4-ü yaralanıb.

Mütəxəssislər bildiriblər ki, son zamanlar Əfqanıstanın şərq və cənub əyalətlərində - Loqar, Qəzni, Qəndəhar, eləcə də şimal bölgələri - Kunduz, Cauzcan və Pərvanda terrorçuların mövqelərinin güclənməsi müşahidə edilir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi