Əfqanıstanda terrorçu kamikadze partlayış törədib, azı 11 nəfər ölüb

Əfqanıstanda terrorçu kamikadze partlayış törədib, azı 11 nəfər ölüb Partlayış nəticəsində xüsusi xidmət orqanlarının avtomobilinə də ziyan dəyib
Digər ölkələr
11 Fevral , 2017 17:58
Əfqanıstanda terrorçu kamikadze partlayış törədib, azı 11 nəfər ölüb

Bakı. 11 fevral. REPORT.AZ/ Əfqanıstanın Gilmend əyalətində terrorçu kamikadzenin özünü partlatması nəticəsində azı 11 nəfər ölüb, 21 nəfər isə yaralanıb.

“Report” “Tolo News”a istinadən xəbər verir ki, hadisə Bakı vaxtı ilə saat 13 radələrində əyalətin Leşgergan şəhərində törədilib.

Partlayış nəticəsində xüsusi xidmət orqanlarının avtomobilinə də ziyan dəyib.

Partlayışın hələlik heç bir qruplaşma məsuliyyətini üzərinə götürməyib. 

Son xəbərlər

Orphus sistemi